MÜHACİRƏT, MÜHACİRLİK

переселение, эмиграция
MÜHACİR
MÜHAFİZ
OBASTAN VİKİ
Mühacirlik
Mühacirlik — siyasi, iqtisadi və ya dini səbəbdən məcburi və ya könüllü olaraq öz vətənini tərk edib başqa ölkəyə köçmə. Müsəlmanların azlıq təşkil etdiyi və ya döyüş əməliyyatları nəticəsində ən çox azlıq təşkil etdiyi qeyri-müsəlman ölkələrindən (məsələn, bir xristian dövləti tərəfindən bir müsəlman ərazisinin ilhaqı) müsəlmanların bir müsəlman ölkəsinə kütləvi və məqsədyönlü köçürülməsi dini azlığın vəziyyətinə dözmək. == Etimologiyası == Mühacirlər (ərəb. المهاجرون‎ hərfən «immiqrantlar, köçkünlər») — ərəb dilindən hicrə — köçürülmə sözündən yaranan hərəkətin adıdır. Başlanğıcda peyğəmbər hələ sağ ikən Mədinə müsəlmanlarına "ənsarlar" ("köməkçi" mənasını verir), Məkkədən köç edən müsəlmanlara "mühacirlər" ("məskunlaşanlar" mənasını verir) deyildi, yalnız bir müddət sonra bu bütün müsəlmanlara — "köçkünlərə" (başqa yerlərdən) yayılmışdır.
Mühacirət
Köçmə və ya emiqrasiya (lat. emigro — "köçürəm") — iqtisadi, siyasi, şəxsi şərtlər səbəbindən bir ölkədən digərinə köçmə.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. == Azərbaycan mühacirət mətbuatı == Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi idеоlоji münaqişələrin məhsulu kimi оrtaya çıxan mühacirət ümumbəşəri bir prоblеmdir. Mühacirət (latınca «еmiqrо» - köçürəm, çıxıram) - daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin tоplusudur. Mühacirətin tarixi uzaq kеçmişdən başlamışdır. Qədim impеriyaların, sоnralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb оlmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı оlmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı sоyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sоsial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb оlmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sоnra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yеni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yеni qurulmuş sоvеt hakimiyyətinin idеya düşmənləri, kеçmiş sahibkarların əksəriyyəti ölkəni tərk еdərək, mühacirətə gеtmişdi. Ilk dəfə оlaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Azərbaycan mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir. == Tarixi == Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir.